ATƏT Parlament Assambleyasının payız sessiyasının gündəliyi açıqlanıb. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, gündəlikdə regional münaqişələri nəzərdə tutan bir çox məsələ yer alıb. Xorvatiyanın Dubrovnik şəhərində oktyabrın 7-də keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasının əsas müzakirə mövzusu "Cənub-Şərqi Avropa regionunun inkişafı: çağırışlar, imkanlar və perspektivlər" olacaq. Sessiyanın ilk günündə 56 ölkədən olan parlamentarlar,o cümlədən azərbaycanlı millət vəkilləri Cənub-Şərqi Avropa regionundakı problemləri müzakirə edəcəklər.
Bununla yanaşı effektiv idarəetmə, korrupsiyaya qarşı mübarizə, məcburi köçkün və qaçqınlar problemi, insan ticarəti, Cənub-Şərqi Avropa dövlətləri arasında iqtisadi əməkdaşlıq, energetika sahəsində əməkdaşlıq və regionun infrastrukturunun inkişafı məsələlərinə toxunulacaq.
Oktyabrın 8-də isə Cənub-Şərqi Avropa regionunun Avroatlantik məkana inteqrasiyası, Avropa İttifaqına qəbulu məsələləri müzakirə olunacaq. Sessiya çərçivəsində həmçinin ATƏT PA-nın Aralıq Dəniz Forumu keçiriləcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB