Ərdoğan İsrailə vaxt qoydu: \"Pilotsuz təyyarələr qaytarılsın\"

Ərdoğan İsrailə vaxt qoydu: \"Pilotsuz təyyarələr qaytarılsın\"

Baş nazir Rəcəb Tayyib Ərdoğan 6 pilotsuz təyyarənin geri qaytarılması üçün İsrailə vaxt verib. SİA-nın "Zaman"a istinadən verdiyi xəbərə görə, Ərdoğan İsrailə texniki baxış üçün göndərilən 6 pilotsuz təyyarənin qaytarılmasını tələb edib: \"Təyyarələr verilən tarixdə yoxlanıb qaytarılmayıb. Təyyarələrimiz oradadır. 6 pilotsuz təyyarənin qaytarılması lazımdır. Bunların hamısının pulu ödənilib. Ticarətdə əxlaq məsələsinə çox böyük əhəmiyyət veririk. İnanırıq ki, qaytarılacaq".

Öz növbəsində isə İsrail Müdafiə Naziriyi İsrail hakimiyyətinin Türkiyənin pilotsuz təyyarələrinin tədarükünə dair İsrailin sazişin şərtlərini icra etməməsi ilə bağlı ittihamlarını əsassız sayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə