Səbail rayon İcra Hakimiyyətində ilinin yekunları və yeni dərs ilinə hazırlığın vəziyyəti təhlil edilib - FOTOSESSİYA

Səbail rayon İcra Hakimiyyətində ilinin yekunları və yeni dərs ilinə hazırlığın vəziyyəti təhlil edilib - FOTOSESSİYA

Bu gün Səbail rayon İcra Hakimiyyətində 2010/2011-ci tədris ilinin yekunları və 2011/2012-ci tədris ilinə hazırlığın vəziyyətinə həsr olunan yığıncaq keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil işçiləri, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görüləm işlərdən, prezident İlahm Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb. Ötən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan danışan A.Əsgərov bildirib ki, 2010-2011-ci tədris ilində rayonun orta məktəblərini 1536 nəfər bitirib, onlardan 1359 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib: "Abituriyentlərin 763 nəfəri tələbə adının qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 167 nəfəri 500-dən yuxarı, 43 nəfəri 600-dən, 12 nəfəri isə 650-dən çox bal toplayıb. 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olub. Məzunlardan 4 nəfər Prezident təqaüdünə layiq görülüb. Səbail rayonunun 51 və 91 saylı orta məktəbləri 2010-2011-ci tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Bu il keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olub. 2010-2011-ci təhsil ilinin yekununa görə, 6 məzun qızıl və 1 məzun gümüş medal qazanıb".

İcra başçısı qeyd edib ki, prezident İlham Əliyev tərəfindən "2011-2013-cü illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamda Səbail rayonuna geniş yer ayrılıb. Onun sözlərinə görə, iyun ayında başlanan işlər çərçivəsinfdə 2 saylı Texniki-Humanitar Elmlər Liseyi, 1880-ci ildə inşa olunan 51 saylı məktəb, 91 və 189 saylı məktəblər, 160 syalı Klassik Gimnaziya ilə yanaşı 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı Uşaq Yaradıcılıq mərkəzi və 35 saylı Texniki Yaradıcılıq Mərkəzində əsaslı təmir-yenidənqurma işləri artıq başa çatıb və hazırda məktəblərin yeni müasir avadanlıqlarla, tələb olunan dərslik və ləvazimatlarla təmin olunması prosesi gedir: "Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan əlavə, 49 saylı məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusların, həmçinin 3 saylı uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi, daha 3 uşaq bağçasının əsaslı təmiri aparılır. Rayonda aparılan təmir işləri çərçivəsində rayon icra hakimiyyətinin köməkliyi ilə Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə də yay aylarında cari təmir işləri görülüb".

Tədbirin davamında 189 saylı məktəbin direktoru Ceyran Quliyeva, 6 saylı məktəb-liseyin müəllimi Arzu Orucova və qızıl medala layiq görülən məzun çıxış edərək yaradılan şərait və təhsilə göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar. Sonda isə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" respublika müsabiqəsinin qalibi olan məktəb və müəllimlərə, qəbul imtahanlarında yeksək nəticələr göstərən məzunlara rayon icra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Bundan əlavə, aztəminatlı ailələrdən olan uşaqlara məktbəli forması hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə