Ermənistan nümayəndə heyəti Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Eurovison-2012" mahnı müsabiqəsində iştirak edəcək. SİA-nın xəbərinə görə, bunu Ermənistanın İctimai teleradio şirkəti şurasının rəhbəri Aleksan Arutyunyan deyib.
O, qeyd edib ki, artıq Ermənistan tərəfi Bakıda keçiriləcək "Eurovison-2012" mahnı müsabiqəsində iştirak edəcək Ermənistan təmsilçilərinin təhlükəsizliyinə zəmanət üçün Avropa Yayım Şurasına müraciət edib: "Dekabr ayına qədər bizim təhlükəsizliyimə zəmanət verilməlidir və bizim 30 nəfərlik nümayəndə heyəti maneəsiz yarışmada iştirak edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB