Elmar Məmmədyarov bir sıra ölkələrin XİN-ləri ilə görüşüb

Elmar Məmmədyarov bir sıra ölkələrin XİN-ləri ilə görüşüb

Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Serbiyada səfərdə olan Xarici İşlər Naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikası, Livan, Mali, Qana, Kamboca, Şri- Lanka, Seyşel adaları, Cənubi Afrika Respublikası, Nigeriya, Konqo Demokratik Respublikası, Anqola, Myanma və Bruneyin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları ilə ikitərəfli görüşlər keçirib.

XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşlər zamanı bu ölkələrlə ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə