Fərhad Abdullayev: “Konstitusiya Məhkəməsi indiyədək seçkilərlə bağlı 19 qərar qəbul edib” - AÇIQLAMA
Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar bu gün Konstitusiya Məhkəməsində davam edib. SİA-nın xəbərinə görə, 125 DSK sədrinin iştirak etdiyi iclasda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda məruzə ilə çıxış edib.
Konstitusiya Məhkəməsi indiyədək seçkilərlə bağlı 19 qərar qəbul etdiyini deyən F.Abdullayev bildirib ki, bu qərarların əksəriyyəti seçki nəticələrinin təsdiqi ilə bağlı olub. F.Abdullayev Konstitusiya Məhkəməsinə çoxsaylı müraciətlərin olduğunu, bunların araşdırıldığını, bəzilərinin hətta prokurorluq orqanlarına göndərildiyini deyib.
Konstitusiya Məhkəməsinin sədri həmçinin vurğulayıb ki, son 7 il ərzində Konstitusiya Məhkəməsində fərdi şikayətlərlə bağlı 77 qərar qəbul olunub. Ümumilikdə isə 1998-ci ildən indiyədək Konstitusiya Məhkəməsinin 206 qərarı olub.
Daha sonra tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mövzu ilə bağlı DSK sədrlərinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB