Erməni politoloq: “Artıq erməni xalqı iqtidarı devirməyə hazırlaşır”

Erməni politoloq: “Artıq erməni xalqı iqtidarı devirməyə hazırlaşır”

Ermənistanda ümumxalq qiyam gözlənilir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu erməni politoloq Aşot Manuçaryan bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq xalq iqtidarı devirməyə hazırlaşır: "Elə şəxslər tapılacaq ki, bu qiyamin hər hansı bir şəxsə qarşı yönəldiyini iddia edəcək. Həqiqət isə budur- bu həyat Ermənistan və erməni xalqı üçün bitib. Qiyamın vaxtı artıq yetişib".- deyə o , əlavə edib.

Politoloq həmçinin xalqın qiyam üçün nümayişlərə başlayacaq vaxtı da açıqlayıb: " Qiyamın nə zaman baş verəcəyinə gəlincə, fikrimcə, bu sentyabr ayında baş verəcək. Ermənistan Milli Konqresi bu qiyamı başlayacaq. Ümidvaram erməni xalqı bu qiyamı davam etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə