Azərbaycan millət vəkilləri AŞPA-da terrorizmə qarşı mübarizə məsələsini müzakirə edəcəklər

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 7-dən Fransanın paytaxtı Parisdə Avropa Şurası Parlament Assambleyasının daimi komitələrinin iclaslarında iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hüquqi işlər və insan haqları, Monitorinq, Qadınlar və kişilər üçün bərabər imkanlar, Sosial, səhiyyə və ailə işləri üzrə komitələrin iclaslarında dövlət sirri və milli təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizə, onlayn mətbuatda məxfiliyin və şəxsi məlumatların mühafizəsi müzakirə ediləcək. Həmçinin, müzakirə mövzusu Ermənistanda demokratik təsisatların fəaliyyəti, Serbiyada öhdəliklərin yerinə yetirilməsi, Türkiyədə mövcud vəziyyət, dünyada qadın hüquqlarının qorunması, siyasi partiyalarda gender bərabərliyinin təşviqi məsələləri olacaq.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞ PA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rəfael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elxan Süleymanov daxildir.

AŞ PA-nın Mədəniyyət, elm və təhsil komitəsinin İsveçrənin Stokholm şəhərində keçiriləcək iclasında isə Azərbaycan Parlamentini Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov təmsil edəcək. Komitədə Avropada mədəni abidələrin qorunması prioritetləri, audiovizual mədəni irsin m

Bütün xəbərlər Facebook səhifəmizdə