Şəmsəddin Hacıyev: \"Orta məktəbi qızıl və gümüş medalla bitirən məzunlarını ali məktəblərə müsabiqədənkənar qəbulu nəzərdə tutulmur\" - MÜNASİBƏT
Doktoranturada oxuyanlar üçün möhlət hüququnun verilməsinin tərəfdarıyıq. SİA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Komitə sədri bildirib ki, \"Elm Haqqında\" qanunda da bu barədə müəyyən müddəalar öz əksini tapır. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMİA) yubileyində də İlham Əliyev bununla bağlı müəyyən fikirlər səsləndirmişdi: "Təbii ki, onların sayı o qədər də çox deyil. Belə ki, doktorantura və magistraturada təhsil alanların sayı 500-ə qədərdir. Burda söhbət möhlət hüquqdan gedir, hərbi xidmətdən azad olunmaqdan yox. Təbii ki, hər bir Azərbaycan vətəndaşı öz borcunu ödəməli və hərbi xidmətə getməlidir".
Şəmsəddin Hacıyev bu il orta məktəbləri qızıl və gümüş medallarla bitirən məzunların nəticələrinə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda qızıl və gümüş medal alan orta məktəb məzunlarını ali məktəblərə müsabiqədənkənar qəbulu nəzərdə tutulmur. Onun sözlərinə görə, məzunlara medal verilməsi yalnız onlara stimul vermək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB