Bu gün Xarici işlər qaziri Elmar Məmmədyarov Vatikanın Azərbaycandakı nunsisi Klaudio Qucerottini ölkəmizdəki fəaliyyət müddətini başa vurması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Klaudio Qucerotti işlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini, bu istiqamətdə Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd etdiyini söyləyib.
Elmar Məmmədyarov Klaudio Qucerottiyə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB