Cümşüd Nuriyev: “ATƏT Rusiyanı oyundan kənarlaşdırılmaq istiqamətində ciddi addımlar atmağa başlayıb” - AÇIQLAMA
Ermənistan mətbuatında həmsədrlərin BMT-nin 66-cı sessiyasının sentyabrın 13-də keçiriləcək açılışı çərçivəsində prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüş təşkil etməyə hazırlaşması barədə yayılan məlumat öz təsdiqini taparsa, bunu Rusiyanın münaqişənin nizamlanmasında apardığı danışıqların iflası hesab etmək olar. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O, qeyd edib ki, görüşün keçirilməsidə sual altındadır. Belə ki, hazırda Rusiya ilə ABŞ Qafqaz uğrunda açıq soyuq müharibəyə başlayıb: "Xüsusilədə Rusiyanın baş naziri V.Putinin son bəyanatı rəsmi Moskvanın ABŞ-a \"de-marş\" etməyini təsdiqlədi. Hal-hazırda ABŞ-ın həmin de-marşa cavab vermək imkanları məhduddur. Çünki, onların ərəb dövlətlərində baş verən hadisələrin maraqlarında ziddiyət mövcud oldu.
Hegemon dövlətlər Liviya ilə bağlı son tanıtmada eyni mövqeyi bölüşsələrdə Suriya ilə bağlı mövqedə tərəflər arasında münasibətlrin gərgin olduğu meydana çıxdı. Çünki, Rusiya ABŞ-a əks olaraq öz mövqeyini ortaya qoydu. Eyni zamanda Avropanın özündə də vəziyyət stabil deyil.
Bu görüşün baş tutmasının başqa bir səbəbi də Ermənistan prezidentinin siyasətdən uzaq olması və ümumiyyətlə Yapon kuklası statusu ilə çıxış etməsidir. Məsələ ondadır ki, Ermənistan birmənalı şəkildə Rusiyanın əlindədir. Artıq erməni siyasi partiyalarının rəhbərləri və ictimai xadimləri də birmənalı şəkildə Ermənistanın Qarabağ problemində məğlub olduğunu gündəmə gətirirlər. Xüsusilədə Koçaryan Sarkisyan duetinin Qarabağla bağlı danışıqların uzatması və Madrid prinsiplərini özlərinə uyğun olaraq təqdim etməyə çalışması Ermənistanda çox ciddi qarşıdurmaya səbəb olub. Axır ki, onlar "ağıllanırlar" və belə qərara gəliblər ki, Qarabağ üçün döyüşməyə dəyməzdi. Çünki, Qarabağ uğrunda gedən döyüşlərdən sonra Ermənistan bir dövlət kimi əldən düşüb və iflasın astanasındadır".
ATƏT-in münaqişənin nizamlanmasında roluna toxunan politoloq hesab edir ki, qurum Rusiyanı oyundan kənarlaşdırılmaq istiqamətində ciddi addımlar atmağa başlayıb. Lakin rəsmi Moskvanın oyundan çıxma ehtimalı isə çox azdır: "Nəzərə alsaq ki, Rusiya hələ də Azərbaycanı özünün tərəfdaşı görür. Eyni zamanda Azərbaycan təhlükəsizlik konsepsiyasında da Gürcüstan və Rusiyanı özünün strateji tərəfdaşı kimi göstərib. Belə bir şəraitdə Azərbaycan istəməz ki, Rusiyanı özündən uzaqlaşdırsın. Ona görə, cənab prezident yürütdüyü ağıllı və balanslaşdırılmış siyasət ATƏT-idə çaşdırır və zamanında bu ABŞ üçündə problem yaradır. Nəzərə aısaq ki, MDB-nin 20-illiyində iştirak etməməklə bir daha rəsmi Bakı Qarabağla bağlı kəskin mövqeyini nümayiş etdiridi.
Fikrimcə yeni görüşün keçirilməsi sual altındadır. Çünki, növbəti görüşün uğurlu olması o vaxtı alınardı ki, 2008-ci ildə Mart ayının 13-ündə Azərbaycanın təkidi ilə Ermənistan işğalçı dövlət olaraq tanındı. Bu günə qədər də BMT Baş Assambleyası bununla bağlı heç bir addım atmır. Lakin Liviya haqqında qətnamənin heç mürəkkəbi qurumamış NATO qüvvələri oranı bombaladı. Daha doğrusu ABŞ-ın maraqlarına uyğun olan hər bir şey həyata keçirilir. Burda da ABŞ çox ciddi cəhd etməsə mən inanmıram ki, Azərbaycan prezidenti ya BMT-nin 66-cı sessiyasında iştirak etsin vəya iştirak etməsdə belə Sarkisyanla görüşsün".
C. Nuriyev bildirib ki, siyasi addımların arxasında Aysberqin görünməyən tərəfi də mövcuddur. Çünki, hazırda siyasi addımların arxasında enerji resursları durur. Bu zəmində rəsmi Bakıda istisna deyil: "Bunların hamısının düşünülməsinin arxasında başqa bir şey durur. Azərbaycan Oktyabr ayının axırına qədər "Nabucco" ilə bağlı öz mövqeyini ortaya qoymaldır.
Məhz bu zəmində Azərbaycanın hazırda tutduğu mövqe daha düzgüdür. Söhbət Dağlıq Qarabağın status-kvonun dəyişməsindən gedir. Çünki Amerika və Rusiya şəxsən fərdi olaraq öz əli ilə bu vəziyyətin dəyişməsində iştirak etmək istəyir. Çox təəssüfki onların bu məsələdə maraqları üst-üstə düşür. Bu o, deməkdir ki, yenədə PAT vəziyyəti yaranacaq. Yəni burada uduş olmayacaq. Uduş olmayan yerdədə cənab prezident inanımıram ki, hansısa bir siyasi gediş etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB