Azərbaycan prezidenti Serbiya xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Serbiyanın xarici işlər naziri Vuk Yeremiçi qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Serbiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Serbiyaya səfərini xatırlayan prezident bu səfərin əlaqələrin inkişafında əhəmiyyətli mərhələ olduğunu deyib. Qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
V.Yeremiç də Azərbaycan prezidentinin Serbiyaya səfərini tarixi səfər adlandıraraq bunun ölkələr və xalqlarımız arasında əlaqələrin inkişafında yeni səhifə açdığını qeyd edib. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan nazir Serbiya prezidentinin tapşırığı ilə ölkəmizə səfər etdiyini, əlaqələrin digər sahələrdə də inkişaf etdirilməsi ilə bağlı Azərbaycanın müvafiq strukturları ilə müzakirələr aparacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB