Vuk Yeremiç: “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək” - AÇIQLAMA

Vuk Yeremiç: “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək” - AÇIQLAMA

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Serbiyanın xarici işlər naziri Vuk Yeremiç arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən E.Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, görüş zamanı ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub: "Mədəniyyət, idman, nəqliyyat, investisiyalar kimi sahələrini gələcək perspektivlərini müzakirə etdik. Artıq iki ölkə arasında 12 sənəd imzalanıb".

V.Yeremiç isə öz növbəsində infrastruktur sektorunda əməkdaşlığın inkişafını da müzakirə etdiklərini vurğulayıb. Serbiyanın Azərbaycana tam siyasi dəstək verdiyini deyən Vuk Yeremiç qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquqa dair bütün sənədlərdə, o cümlədən Helsinki Yekun Aktında və BMT konvensiyalarında əsas elementdir: "Serbiya ilə Azərbaycan arasında siyasi sahədə tam qarşılıqlı anlaşma mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə