Azərbaycan prezidenti Qırğızıstanın dövlət başçısı xanım Roza Otunbayevaya təbrik məktubu göndərib

Azərbaycan prezidenti Qırğızıstanın dövlət başçısı xanım Roza Otunbayevaya təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstan prezidenti, xanım Roza Otunbayevaya təbrik məktubu göndərib. SİA-nın verdiyi məlumata görə, təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Dövlət müstəqilliyi günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycanla Qırğızıstan arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə