Hakkaridə terrorçuların növbəti mina tələsi, 3 əsgər şəhid oldu

Hakkaridə terrorçuların növbəti mina tələsi, 3 əsgər şəhid oldu

Türkiyədə hərbçiləri daşiyan maşın PKK terrorçuları tərəfindən qoyulan minaya düşüb. SİA-nın "Anadolu" Agentliyinə istinadən verdiyi məlumatına görə, partlayış nəticəsində üç əsgər şəhid olub, daha üç hərbçi yaralanıb.

Hadisə Hakkari vilayətinin Şemdinli ilçəsində baş verib. Yaralanan hərbçilər Hakkarinin xəstəxanasına çatdırılıb. Rayonda yaraqlıların tutulması üçün əməliyyata başlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə