Ərəb Dövlətləri Liqası Azərbaycana təşəkkür edib

Ərəb Dövlətləri Liqası Azərbaycana təşəkkür edib

Ərəb Dövlətləri Liqasının Baş katibi Nabil Əl-Ərəbi Somalidə yaşanan humanitar böhranın qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən ayrılmış 100000 ABŞ dolları məbləğində yardıma görə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu ünvanlayıb.

XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məktubda Somalidəki müsəlman bacı-qardaşların çəkdikləri iztirabların yüngülləşdirilməsi üçün çevik və səxavətli maliyyə tövhəsinə görə Azərbaycan Respublikası Hökumətinə dərin minnətdarlıq bildirilir və bu addımın Ərəb dünyası ilə Azərbaycan Respublikasını bağlayan tarixi əlaqələrin danılmaz təzahürü olduğu qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə