FHN nümayəndə heyəti Moldovada keçiriləcək \"CODRII 2011\" adlı təlimdə iştirak edirlər
27 avqust 2011-ci il tarixindən Moldova Respublikasının Kişinyov şəhəri yaxınlığında \"Koşteşti\" təlim bazasında NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Moldova Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Xidmətinin 2011-ci il üzrə \"CODRII 2011\" adlı canlı təlimi keçirilir. Bu təlim 2 sentyabr 2011-ci il tarixinədək davam edəcəkdir.
FHN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimin ssenarisi əsasən paytaxt Kişinyovdan 225 km uzaqda 7.5 bal gücündə baş vermiş zəlzələnin törətdiyi fəsadlarını aradan qaldırılmaqdan ibarətdir.
Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24 nəfərdən ibarət Axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji və nüvə komandaları iştirak edirlər.
Tədbirdə Azərbaycanla yanaşı, NATO-ya üzv və tərəfdaş dövlətlərinin komandaları, həmçinin, BMT, Avropa Birliyi və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB