Türkiyə Bakını “Şahdəniz”lə bağlı tələsdirir

Türkiyə Bakını “Şahdəniz”lə bağlı tələsdirir

Rəsmi Ankara gələn ayın sonuna kimi "Şahdəniz" yatağından qaz tranziti ilə bağlı Bakı ilə razılığın əldə olunmasını istəyir. SİA-nın xəbərinə görə, bunu Türkiyənin energetika naziri Taner Yıldız Reuters-ə müsahibəsində bildirib: " Söhbət "Şahdəniz"-in ikinci mərhələsində ildə Türkiyəyə 6 mlrd. kubmetr qazın nəqlindən gedir. Buraya həmçinin Türkiyə vasitəsilə Avropaya ildə 10 mlrd. kubmetr qazın tranziti də daxildir. Mən dostlarımıza tələsməyi tövsiyə etdim. Biz sentyabrın sonuna kimi müqaviləni imzalamaq istəyirik. Türkiyə bu layihəni sürətləndirmək üçün mümkün olan hər şeyi edib", - deyə T. Yıldız vurğulayıb.

Qeyd edək ki, Türkiyədə seçkilərlə əlaqədar danışıqlar dayandırılmışdı və iyulda baş nazir Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri zamanı bərpa olunub.

Xatırladaq ki, "Şahdəniz"in ehtiyatları 1,2 trln. həcmində dəyərləndirilir. Hasilata 2006-cı ildə başlanılıb. İkinci faza 2017-ci ildə işə salınacaq. Azərbaycan "Şahdəniz" qazının nəqlilə bağlı 20-dən çox şirkət və konsorsiumla danışıqlar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə