Hulusi Kılıç Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Hulusi Kılıç Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təbrikdə deyilir: "Mübarək Ramazan ayı münasibəti ilə Azərbaycanda, Azərbaycanın hüdudlarından kənarda yaşayan bacı və qardaşlarımı səmimi qəlbdən təbrik edir, bayramın millətimizə, İslam aləminə və bütün bəşəriyyətə əminamanlıq, firavanlıq, rifah, sevinc və bərəkət gətirməsini diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB