BBC müsəlmanlara bayramda donuz ətindən menyu verdi

BBC müsəlmanlara bayramda donuz ətindən menyu verdi

BBC Ramazan Bayramında müsəlmanlar üçün hazırladığı yemək reseptlərini nümayiş etdirdiyi internet səhifəsində, donuz ətiylə hazırlanan yeməyin də adını yerləşdirib. SİA-nın xəbərinə görə, internet saytında bayram yeməyi üçün təkliflər verən BBC ədviyyatlarla hazırlanan \"pork vindaloo\" adlı Hind yeməyini də menyusuna daxil edib.

\"Twitter\" şəbəkəsində BBC-nin müsəlmanlar üçün təqdim etdiyi bu yemək reseptinin etiraza səbəb olmasından sonra yayım orqanı bu gün saytındakı yemək reseptini çıxarıb. Etirazçılar \"Ramazan Bayramının müsəlmanlar üçün nə qədər əhəmiyyətli olduğunu anlayacaq qədər ətraflı məlumata sahib olan BBC-nin müsəlmanların donuz əti yemədiyini bilməyəcək qədər laqeyd olması qəbuledilməzdir\", - deyə bildirirlər.

Sərt reaksiyalardan sonra BBC yaydığı açıqlamada \"BBC-nin yemək saytında Ramazan Bayramıyla əlaqədar qisimə \"pork vindaloo\" adlı yeməyin resepti səhvən qoyulub. Bu səhv avtomatik təklif sistemi səbəbiylə ortaya çıxıb. Gecə yarısı məlumat aldığımız bu səhvi dərhal düzəltdik. Səbəb olduğumuz hər cür narahatlığa görə üzr istəyirik\", - deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə