Ermənilər Füzuli istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənilər Füzuli istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 26-da saat 13.00-dan 13.25-dək, 19.50-dən 20.05-dək və avqustun 27-də saat 01.30-dan 01.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə