Azərbaycan Prezidenti Kürdəmir rayonunun içməli su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
SİA-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Kürdəmir rayonunun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 870 (səkkiz yüz yetmiş) min manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB