Avronest Parlament Assambleyasının gündəliyi məlum olub

Avronest Parlament Assambleyasının gündəliyi məlum olub

Avronest Parlament Assambleyasının ilk sessiyasında müzakirə olunacaq məsələlər aydın olub. SİA-nın xəbərinə görə, Strasburqda keçiriləcək ilk sessiyada müzakirə olunması üçün Azərbaycan nümayəndə heyəti də müvafiq təkliflərini quruma ünvanlayıb.

Avronest Parlament Assambleyasının Strasburqda keçiriləcək ilk sessiyasında bu il sentyabrın sonunda Varşavada keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı tövsiyələr müzakirə ediləcək və müvafiq qərar qəbul olunacaq. Assambleyanın Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin həmməruzəçiləri "2011-ci il Şərqi Tərəfdaşlıq Sammitinə tövsiyələr: məqsədyönlü fəaliyyət üçün yüksək gözləntilər"ə dair ilkin məruzəni hazırlayaraq rəy və təkliflər üçün digər komitələrə göndəriblər.

Sessiya zamanı assambleyanın Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya, İqtisadi İnteqrasiya və Avropa İttifaqı Siyasətləri ilə Uyğunluq, Enerji Təhlükəsizliyi, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti komitələrinin iclaslarında adı çəkilən məruzəyə müvafiq sahələr üzrə yekun rəylər təsdiqlənəcək. Toplantıda Azərbaycan nümayəndə heyətinin enerji təhlükəsizliyi məsələsi ilə bağlı hazırladığı məruzə, həmçinin xüsusi əhəmiyyət kəsb edən təklifləri də təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə