Səfir: “Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısına dair danışıqlar gələn ay başa çatacaq”
\"Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısına dair danışıqlar Türkiyədə aparılır\". SİA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç məlumat verib. O bildirib ki, Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısına dair danışıqlar davam edir və gələn ay başa çatacaq. Bu danışıqların Türkiyədə aparıldığını deyən səfir vurğulayıb ki, konkret hansı qiymət üzrə danışıqlar aparıldığından xəbərsizdir: "Müzakirələr davam edir və gələn ay başa çatacaq. İki qardaş ölkə arasında heç bir problem ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB