Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib
Avropa İttifaqı Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə təyin edib. Avropa İttifaqının Bakı nümayəndələyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu vəzifəyə Filipp Lefort təyin olunub.
Eyni zamanda Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun təklifinə əsaslanan qərarla Lefort Pyer Morel və Piter Semnebini 2011-ci il sentyabrın 1-dən 2012-ci il iyunun 30-dək əvəz edəcək.
Qeyd edək ki, Filipp Lefort 20 ildən artıq iş stajına malik təcrübəli diplomatdır. O, 2004-2007-ci illərdə Fransanın Gürcüstanda səfiri, 2007-2010-cu illərdə Fransanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin müavini, daha sonra isə Fransa Xarici İşlər Nazirliyində direktorluğun rəhbəri vəzifələrində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB