- Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva anadan olub (1964)
- Səlcuq hökmdarı Alp Arslanın başçılıq etdiyi ordu Bizans ordularını məğlub edərək Malazgirt Savaşında qələbə qazanıb (1071)
- Fransız ixtiraçı, hava şarının ixtiraçılarından biri Jozef-Mişel Monqolfye anadan olub (1740)
- Fransız kimyaçı, müasir kimyanın banilərindən biri Antuan Lavuazye anadan olub (1743)
- Fransa Parlamenti "İnsan və Vətəndaş Haqqları Bəyannaməsi"ni qəbul edib (1789)
- Belçika İnqilabı başlayıb (1830)
- Liberiya müstəqilliyi elan edib (1847)
- İlk teleqram göndərilib (1858)
- Argentinalı yazıçı, şair, magok realizm cərəyanının nümayəndələrindən biri Xulio Kortasar anadan olub (1914)
- Azərbaycan Demokratik Respublikası və Osmanlı orduları ilə Böyük Britaniya və Bakı kommunasının silahlı qüvələri arasında Bakı uğrunda vuruşlar başlayıb (1918)
- ABŞ-da qadınlara seçkilərdə iştirak etmək hüququ verən konstitusiya düzəlişi qüvvəyə minib (1920)
- Azərbaycanlı memar Tələt Xanlarov anadan olub (1927)
- Böyük Britaniya Süveyş kanalını öz nəzarətində saxlamaqla Misirə müstəqillik verib (1936)
- Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı Allahşükür Paşazadə anadan olub (1949)
- İlk tranzistorlu radio satışa çıxarılıb (1957)
- I İoann Pavel Roma Papası seçilib (1978)
- Azərbaycanlı aşıq Mikayıl Azaflı vəfat edib (1978)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB