Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a girişinə qadağa qoyula bilər
Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a girişinə qadağa qoyula bilər. SİAnın verdiyi məlumata görə, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzetinə açıqlamasında ABŞ-da yayımlanan "Varayqir" proqramının aparıcısı deyib. Aparıcı bildirib ki, Los-Ancelesdə yaşayan ermənilər bunu həyata keçirmək üçün artıq ərizə toplamağa başlayıblar. Ərizələr toplandıqdan sonra ABŞ Dövlət Departamentinə və digər inzibati idarəetmə orqanlarına göndərəcəklər.
S.Sarkisyana qarşı aksiya onun Ermənistanın müstəqilliyin 20-ci ildönümünə aid Los-Ancelesdə öz şərəfinə verəcəyi ziyafətlə bağlıdır. Belə ki, ABŞ-da yaşayan ermənilər Ermənistanın indiki ağır sosial-iqtisadi vəziyyətdə olmasını məhz hazırkı prezidentin adı ilə bağlayırlar.
Hələ avqustun əvvəlində ABŞ Prezidenti Barak Obama öz sərəncamı ilə insan haqlarını pozan, soyqırımı və hərbi cinayətlərdə əli olan insanların ABŞ-a girişinə qadağa qoyub. Sərəncama əsasən, mülki şəxslərə qarşı kütləvi zorakılıq aktlarının həyata keçirməsini planlaşdıran, əmr edən və dəstək verən hər bir əcnəbinin ölkəyə girişi qadağandır.
Xocalıda silahsız azərbaycanlıların qətlində iştirak etməsini britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində qürurla söyləyən S.Sarkisyan Yerevanda 2008-ci ilin martında müxalifətin etiraz aksiyasının silah gücünə dağıdılmasına görə də ABŞ-a buraxılmaya bilər.
Qeyd edək ki, Ermənistan müxalifəti S.Sarkisyanın ABŞ-da olan erməni mənşəli kriminal qruplaşmalar ilə əlaqəli olduğunu söyləyir. Belə qruplaşmalardan birinin sığorta fırıldaqları nəticəsində ABŞ-a milyonlarla zərər dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB