Ukrayna müstəqilliyinin 20 illiyini qeyd edir

Ukrayna müstəqilliyinin 20 illiyini qeyd edir

Bu gün Ukrayna tarixinin önəmli səhifələrdən birini yaşayır. Ölkə başdan-başa bayram meydanını xatırladır. SİA-n Ukrayna bürosundan aldığımız məlumata görə, bayram tədbirində heç kimin kənarda qalmayacağı nəzərdə tutulub. Kiyevin mərkəzi küçələrində 4 böyük səhnə quraşdırılıb ki, burada incəsənət ustalarının çıxışı nəzərdə tutulur.

Bundan əlavə 10 tematik oyun sahələri quraşdırılıb ki, burada da 25 vilayətdən gəlmiş 2500 iştirakçı öz məharətini göstərəcək. Bayram iştirakçıları və qonaqların tam rahatlığını təmin etmək üçün "ayaqüstü qida" köşkləri quraşdırılıb və suvenir məntəqələri fəaliyyət göstərir.

Səhər saat 10:00 da Xrişatikdə Mərkəzi Univermaqdan Avropa meydanına qədər məsafədə təşkil olunan interaktiv oyunlara start verilib. Uşaqlar üçün "Sən Ukrayna Haqqında nə bilirsən" adlı interaktiv oyunlara da digər meydanlarda start verilib. Qurulan digər meydanlarda isə ailə komandaları, məktəblilər üçün xüsusi interaktiv oyunlar, xalq folkloru, səsinə və musiqi duyumuna arxayın olanlar üçün karaoke, aktiv gənclər üçün mini futbol və brek dans, stritbol oyunları nəzərdə tutulub.

Ümumiyyətlə, bütün oyunların keçirilməsi üçün 36 meydança qurulub. Tədbirdə "Evro 2011" futbol çempionatının prezintasiyası da olacaq. Bunun üçün oyunların keçiriləcəyi stadionların maketləri bayram iştirakçılarına təqdim olunacaq. Bayrama xüsusi gözəllik qatan balaca uşaqların verdiyi konsert proqramı səhər saat 9:00 n başlanıb. Artıq yekunlaşmaqda olan bu konsert proqramının solislərinin hər bir hər hansı bir uşaq festifalının qalibləridir. Maraqlı tədbirlərdən biri də "Tələbə Gözəli"adlı müsabiqənin keçirilməsidir.

SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, axşam saatlarında Ukrayna rəhbərliyi adından KQQA-n rəhbəri Aleksandr Popov xalqı təbrik edəcək və sonra Ukraynanın tanınmış incəsənət ustaları Sofiya Rotaru, Ruslana, Tina Karol, Potap, Nastya və başqalarının iştirakı ilə böyük konsert proqramı olacaq.

Tədbir atəşfəşanlıqla yekunlaşacaq.


Əlmaniz Ələkbərli, Şərqi Avropa ölkələri və Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə