Fransa səfirliyi: “Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz parlamentarilərə lazımi şəkildə bildirilib”

Fransa səfirliyi: “Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz parlamentarilərə lazımi şəkildə bildirilib”

Fransa səfirliyi Xarici İşlər Nazirliyinin fransalı parlamentarların Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibətini əks etdirən məlumat yayıb. Fransanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən xəbərə görə, məlumatda bildirilir ki, dünən mətbuat saatında Fransa Xarici İşlər və Avropa məsələləri Nazirliyinin sözçüsünə fransalı deputatların bir neçə gün öncə Dağlıq Qarabağa getməsi ilə bağlı sual verilib və sözçü bununla əlaqədar aşağıdakı bəyanatı verib:

"Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz parlamentarilərə lazımi şəkildə bildirilmişdi. Bu səfər nəticə etibarı ilə Fransanın bu münaqişədə siyasətinə heç bir öhdəlik vermir və nə də onun siyasətini dəyişmir. Fransa, beynəlxalq birliyin bütün ölkələri kimi, o cümlədən Ermənistanın özü də, bu ərazinin müstəqilliyini tanımır. Bu ərazinin beynəlxalq hüquqi statusu, yalnız sülh yolu ilə, ədalətli şəkildə və bütün aidiyyatlı tərəflər arasında razılaşdırılmış həll çərçivəsində müəyyən edilə bilər. Fransa, Birləşmiş Ştatlar və Rusiya ilə birlikdə ATƏTin Minsk Qrupuna həmsədrlik edir. Buna əsasən ona, sonuncu Helsinki Aktının prinsipləri əsasında və fransa, amerika və rusiya prezidentləri tərəfindən dəfələrlə, o cümlədən Böyük Səkkizlərin 2009-cu il Akila və 2010-cu il Muskoka zirvə görüşləri zamanı, irəli sürülmüş təkliflərə uyğun olaraq kompromis tapılmasına kömək etmək öhdəliyi verilmişdir"

Bütün xəbərlər Facebook səhifəmizdə