Rusiya və Şimali Koreya liderlərinin görüşü başlayıb

Rusiya və Şimali Koreya liderlərinin görüşü başlayıb
Buryatiyada Rusiyanın prezidenti Dmitri Medvedevlə Şimali Koreya rəhbəri Kim Çen İrin arasında görüşə start verilib. Danışıqların əsas mövzusu altıtərəfli danışıqların bərpası və həmin danışıqlar çərçivəsində Koreya yarımadasında nüvə təhlükəsizliyi probleminin həllindən ibarətdir. Vesti.ru-nun məlumatına görə, hər iki lider sözügedən problemə ciddi yanaşırlar. Eyni zamanda bildirilib ki, danışıqlar prosesinin gedişinə Cənubi Koreya Respublikasında da maraq olduqca yüksəkdir. Seul hökuməti bu danışıqları ümumi koreya xalqı üçün yararlı hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə