Almaniyanin \"Spiegel\" jurnalı xəbər verir ki, Almaniya XİN-in başçısı Gido Vestervelle Qəddafinin və onun oğlanlarının ədalətlə mühakimə olunmasını tələb edib. SİA-nın məlumatına görə, Almaniya təkid edir ki, Qəddafi və onun ailə üzvləri Haaqadakı Beynəlxalq cinayət məhkəməsinə verilsinlər. Vestervellenin sözlərinə görə, bu, Liviyanın siyasi cəhətdən yeniləşməsi üçün çox vacibdir.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Franko Frattini Qəddafinin Haaqaya verilməsini tələb etmişdi. Bu məsələ ilə əlaqədar Liviya üsyançılarının mövqeyi qeyri-müəyyən olaraq qalır. Liviya Milli Keçid Şurasının mətbuat katibi Qəddafinin Liviyada mühakimə olunmasına tərəfdar çıxdığını bildirib. Eyni zamanda, şura onun verilməsi barədə Haaqa ilə danışıqlar aparır.Almaniya Liviyada NATO HHQ-nin hərbi əməliyyatında iştirak etməyib. Bununla belə rəsmi Berlin dəfələrlə bildirib ki, yeni demokratik dövlət strukturlarının yaradılmasında Liviyanın Milli Keçid Şurasına hərtərəfli maliyyə, siyasi və məsləhət yardımı göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB