Prezident İlham Əliyev Ukrayna xalqını təbrik edib

Prezident İlham Əliyev Ukrayna xalqını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, dövlət başçısı məktubunda Ukrayna Prezidentini və xalqını milli bayram – Müstəqillik günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Bu gün dost Ukrayna hərtərəfli inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində ardıcıl addımlar atmaqdadır.
Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq, qarşılıqlı inam və etimad münasibətlərindən qaynaqlanan Azərbaycan-Ukrayna tərəfdaşlığını, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə