Məzahir Pənahov: “Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək” - MÖVQE
Azərbaycanda dairə və məntəqə seçki komissiyaları üçün kurslar sentyabr ayının birinci yarısında keçiriləcək. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, kurslarda Milli Məclis də daxil olmaqla bir sıra ali dövlət orqanları və nazirliklərinin əməkdaşları çıxış edəcək.
Onun sözlərinə görə, sentyabr ayının birinci yarısında kursların başa çatdırılması və bələdiyyə seçkilərinin elan olunması gözlənilir: "Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün əvvəllər də tədbirlər görülüb. Bu tədbirlərdən biri də növbəti dəfə keçirməyə hazırlaşdığımız kurslardır. Amma biz yerlərdə başqa formatda da tədbirlər keçiririk. Seçkilərdə iştirakı zəruri olan dövlət qurumlarının rəhbərlərinin də iştirakı ilə bu tədbirləri həyata keçiririk", - o əlavə edib.
MSK sədri vurğulayıb ki, seçkilər zamanı bütün tərəflər, bütün subyektlər özlərinin fəaliyyətini Seçki Məcəlləsinin tələbinə uyğun qurmalıdırlar.
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəyini vurğulayan MSK sədri bildirib ki, seçkilər 2009-cu ildə nəticələri ləğv edilmiş 9 bələdiyyə üzrə, həmçinin, boş qalan bələdiyyələrə keçiriləcək
Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə qurumun 17 avqust 2011-ci il tarixli protokolu təsdiqlənib.
Gündəliyə daxil edilən məsələlərlə bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verdikdən sonra normativ xarakterli bəzi aktlara dəyişiklik edilib. Belə ki, bələdiyyə seçkiləri zamanı seçki fonduna pulların daxil olması, pulların xərclənməsi ilə bağlı təlimata dəyişikliklər edilib.
İclasda həmçinin 103 saylı Gədəbəy seçki dairəsinin seçki komissiyasının tərkibində dəyişiklik edilib. Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB