Cümşüd Nuriyev: \"Sarkisyan siyasi menepoza girdiyi üçün nə danışdığını bilmir və onun bu danışıqlarına əhəmiyyət vermək lazım deyil\" - MÜSAHİBƏ SəsTV

Cümşüd Nuriyev: \"Sarkisyan siyasi menepoza girdiyi üçün nə danışdığını bilmir və onun bu danışıqlarına əhəmiyyət vermək lazım deyil\" - MÜSAHİBƏ SəsTV

Politoloq Cümşüd Nuriyevin SəsTv-yə müsahibəsi


- Serj Sarkisyanın Sevan gölündə "Birgə" Gənclər Hərəkatının qurultayında Azərbaycanala bağlı, onun tərkib hissəsi olan Qarabağla əlaqədar avantürist fikirlər səsləndirib. Onun bu anormal addımını sülh danışıqlarına əngəl yaratmaq kimi qiymətləndirmək olarmı?

- Bu, Serj Sarkisyan kimi birsindən, ixtisasca santexnik olan bir adamdan bundan artıq fikir gözləmək qəribə olardı. Necə ki, cənab prezident İlham Əliyev bildirmişdi ki, "Mən Serj Sarkisyandan bundan artıq bir şey gözləmirəm". Bu erməni prezidentinin birici sayıqlaması deyil. İki il öncə 2009-cu il may ayının 2-də Naxçıvanla bağlı ilk sərsəm danışıqlarını gündəmə gətirdi. Məsələ ondan ibarətdir ki, ümumiyyətlə, müasir Ermənistan dövlətinin olduğu ərazidə Naxçıvan, Qarabağ o cümlədən Türkiyənin ərazisində Ermənistanla bağlı arxeologi qazıntı aparılan zamanı hər hansı bir material tapılmayıb. Bunu mən yox, bunu yarım erməni olan, Sankt-Peterburqda Ermitajın müdiri Petrovski qeyd etmişdi. Sarkisyanın sonuncu sayıqlaması Ermənistanı dəstəkləyən "Birgə" hərəkatının gəncləri ilə görüşdə olub. Bu təşkilatın özü də qeyri-qanunidir. Çünki həmin təşkilatın üzvləri Ermənistanın deyil, Azərbaycanın vətəndaşıdılar, o cümlədən Gürcüstanın Cavaxide və digər bölgələrdən gələn ermənilərdən təşkil olunmuş 42 dəstədir. Onun səsləndirdiyi fikirlərə gəldikdə isə bunları fakt olaraq açıqlayım. Əvvəla, heç bir zaman A.Mütəllibov və Ə.Elçibəy Qarabağ və Ermənistana bağlı açıqlamalar verməyib. 1990-cı ildə heç cür edə də bilməzdilər ki, Ermənistanda 1 milyon yarım əhali qalıb, çünki o vaxt Ermənistan əhalisi 3 milyona yaxın idi. Ermənistanda indiki rəsmi açıqlamalarda göstərilib ki, əhalinin sayı 3,5 milyondur, mənim araşdırmama görə və Ermənistan Dövlət Statistika Komitəsinin 2010-cu ildə rəsmi məlumatına əsasən əhalinin sayı 1 milyon 740 min adam qalıb. Nəzərə alsaq ki, hər ay orta hesabla Ermənistanı 26-40 min arasında vətəndaş tərk edir, bu da Sarkisyanın ikinci yalanıdır. Üçüncüsünə gəldikdə isə ilk dəfə olaraq İrəvanın Azərbaycan torpağı olduğunu və onu 100 illik icarəyə verildiyini gündənmə gətirmişdi. Bu üç arqumenti gətirməklə bu danışıqların yalan olduğunu sübut etmək istədim. Sarkisyan siyasi menepoza girdiyi üçün nə danışdığını bilmir və onun bu danışıqlarına əhəmiyyət vermək lazım deyil. Ermənistanda gedən proseslərlərin danışıqlara təsir göstərib göstərməyəcəyinə gəldikdə isə ermənilər hər zaman çalışıb ki, bunu bu və ya digər formada pozsunlar.


- Sarkisyanın qeyri-müəyyən davranışları və bunun sonunda ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi sülh danışıqlarını alt-üst etmir ki?

- Azərbaycanın Dağlıq Qarabağ məsələsini beynəlmiləlləşdirməyə nail olan Xalq Cəbhəsi indi bəzi məsələlərdə ki, bunları ittiham etməyə çalışır. Beynəlxalq güclər SSSR-nin o vaxtkı bərpa olmaq təhlükəsini aradan qaldırmaqdan ötrü Dağlıq Qarabağ məsələsini beynəlmiləlləşdirdilər. Qafqaz MDB-nin formalaşmasında çox mühüm əhəmiyyətə malik idi. Həm geostrateji cəhətdən, həm intellektual potensial cəhətdən, çünki Orta Asiya qapalı bir mühitdədir. Belə bir şəraitdə bunu beynəlmiləlləşdirməklə Azərbaycanı çətin vəziyyət saldılar. Günü bu günə qədər də ATƏT-in dünyada hər hansı bir münaqişənin qaydaya salmağı barədə heç bir məlumat yoxdur. Bütün bunlar onu göstərir ki, Qərb dövlətləri hələdə Rusiya ilə soyuq müharibənu davam etdirir. Çox təəssüf ki demokratiyadan danışan Qərb dövlətlərinin Qarabağla bağlı maraqları, yəni Qafqazı ələ keçirtmək maraqları ilə Rusiyanın Qafqazı tərk etməmək maraqları üst-üstə düşdüyünə görə Qarabağ məsələsinin həll olunmaması hər ikisinə maraqlıdır. Ona görə də ATƏT-in hansısa bir addım atacağına inanmıram.


- Sentyabrın 9-da Rusiya ilə Türkiyə prezidenti arasında Yaroslav şəhərində keçirilən görüşündə Dağlıq Qarabağla bağlı ciddi müzakirələrin aparılacağı bildirilir. Sizcə bu görüşün münaqişənin həllinə necə təsiri olacaq?

- Burda Türkiyə tam səmimi olaraq Azərbaycanın mövqeyindən çıxış edəcək. Amma Medvedein söz sahibi olduğunu mən hesab etmirəm, çünki Rusiyanın daxilində də Medvedevin kifayət qədər söz sahibi olmadığı gündəmdədir. Bundan başqa həmin görüşlə bağlı və cənab prezidentin MDB-nin sammitinə getməməsi ilə bağlı artıq Rusiyada ikili münasibət yaranıb. Bir sıra politoliqlar Azərbaycan prezidentini ağıllı, uzaq görən və intellekt səviyyəsi yüksək olan bir siyasətçi kimi qəbul edirlərsə, ermənilərin əlində olan Relim Agentliyi Azərbaycanı bir növ şantaj etməyə çalışırlar. Məhz Türkiyənin bu işə qarışmasında ciddi problemlər görürlər. Medvedevin yaxşılğı ondan ibarət oldu ki, özü də bilmədən Türkiyəni bu proseslərə daxil etdi. Qaldı ki, sentyabrın 9-da keçiriləcək görüşün Qarabağ məsələsinə müsbət təsir göstərəcəyi inadırıcı görünmür, çünki inandırıcı olsaydı Azərbaycan prezidenti həmin prosesi qabaqlayıb tədbirə getməkdən imtina etməzdi. Azərbaycan Nabukko-ya qoşulmaqla Rusiyanın atacağı addıma əks reaksiya verəcəyini oktyabr ayını gözləmək lazım gələcək. Danışıqların pərdə arxası hələik bizə məlum olmadığından eyni zamanda da Azərbaycan prezidentinin mövqeyi həddən artıq kəskin olduğuna görə irəliləyişin olacağı inandırıcı görünür. Çünki cənab prezident status-kvo məsələsini gündəmə gətirib və bunun üzərində israrla durub. Burda əsas arqument Azərbaycanın ərazi bütövlü müzakirə olunmadan Dağlıq Qarabağ məsələsinin həll olunmasıdır. Serj Sarkisyan indi deyir ki, \"bu məsələ sülh yolu ilə həll olunmalıdır" onlar artıq müharibə variantından qaçırlar. Amma Azərbaycan tədricən bunun hərbi əməliyyatlarla həll olunmasına üstünlük verməyə başlayıb. Bu bizim haqqımızdır.

Bütün xəbərlər Facebook səhifəmizdə