Aydın Mirzəzadə: “Ermənistan prezidentinin növbəti çıxışı göstərir ki, işğalçı ölkədəki gərgin vəziyyət davam etməkdədir”

Aydın Mirzəzadə: “Ermənistan prezidentinin növbəti çıxışı göstərir ki, işğalçı ölkədəki gərgin vəziyyət davam etməkdədir”

"Ermənistan prezidentinin növbəti çıxışı göstərir ki, işğalçı ölkədəki gərgin vəziyyət davam etməkdədir". SİA-nın xəbərinə görə, bu sözləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə S.Sarkisyanın "Ermənistanın əsas hədəfi odur ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın hakimiyyəti altında olmasın" fikrinə münasibət bildirərkən deyib.

A.Mirzəzadənin fikrincə, bugünkü cəhdlər bir daha göstərir ki, Ermənistan qarşısında güc görməyincə heç vaxt öz işğalçı siyasətindən əl çəkməyəcək. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarında dövlət yaratmaq cəhdləri heç vaxt baş tutmayacaq: "O başqa məsələ ki, Sarkisyan diplomatik qaydaları bilmir, beynəlxalq hüquq normaları ilə hesablaşmır. Ermənistanın rəsmi ideologiyası, rəsmi siyasəti iflasa uğrayıb. Sarkisyan erməni gəncləri radikal ideyalarla silahlandıraraq onları xaricdəki erməni terrorçu qrupların yoluna atmağa cəhd edir. Azərbaycan Prezidentinin apardığı siyasət Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Beynəlxalq layihələrdən kənarda qalan, sosial-iqtisadi vəziyyəti getdikcə pisləşən ölkə Azərbaycanın apardığı düzgün siyasət nəticəsində danışıqlarda pis vəziyyətə düşüb, dalana dirənib"- deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə