Paytaxtada baş verən zəncirvari qəzada bir nəfər həyatını itirdi

Paytaxtada baş verən zəncirvari qəzada bir nəfər həyatını itirdi

Paytaxtın Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi \"Hyundai XG 350\" markalı və naməlum sürücünün idarə etdiyi \"Mercedes\" markalı avtomaşınlar toqquşub. Daha sonra idarə etməni itirən \"Mercedes\" markalı avtomaşın yolun kənarında dayanan Bakı şəhər sakini Amil Kərimova məxsus \"VAZ-21015\" markalı avtomaşına dəyib.

Nəticədə \"Hyundai XG 350\" markalı avtomaşının sürücüsü B.Nəbiyev hadisə yerində ölüb. \"Mercedes\" markalı avtomaşının isə mühərrik hissəsində yanğın baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə