Azərbaycanın Parisdəki səfirliyi Fransanın Xarici İşlər Nazirliyinə Fransa parlamenti deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi ilə bağlı etiraz notasını təqdim edib. Bunu SİA-ya açıqlamasında Azərbaycan XİN-inin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev bildirib.
Qeyd edək ki, erməni mətbuatı Fransa parlamentin müdafiə və hərbi qüvvələr komissiyasının sədri Qi Tesyenin başçılığı ilə Fransa parlamentinin deputatlarından ibarət heyət Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi ilə bağlı məlumat dərc edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB