Kiro Manoyan: “Türkiyə bir daha göstərdi ki, Sürix protokolları Qarabağdan keçir”

Kiro Manoyan: “Türkiyə bir daha göstərdi ki, Sürix protokolları Qarabağdan keçir”

Rəsmi Ankara Surix protokollarına ciddi yanaşmır. SİA-nın xəbərinə görə, bunu Ermənistanın "Ay Dat" Komitəsinin İrəvan ofisinin rəhbəri, "Daşnaksütyun" erməni inqilab federasiyasının üzvü Kiro Manoyan deyib. Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi ötən çağırış müddəti dövründə baxılmamış qalan 800-ə yaxın qanun layihəsi və həmçinin iki ölkə arasında imzalanan protokolların reallaşması üçün heç bir addım atmayıb: "Türkiyə parlamentinin köhnə tərkibi protokollarla bağlı heç nə etməyib. Türkiyə tərəfi bir daha göstərdi ki, iki ölkə arasında münasibət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayınca normallaşan deyil".

Türkiyə tərəfinin protokollar ilə əlaqədar zəruri proseduraları yerinə yetirmədiyini deyən K. Manoyan bildirib ki, mövcud vəziyyət Ermənistan hakimiyyətinin təhqir edilməsidir. O, eyni zamanda vurğulayıb ki, İsveçrədə imzalanmış protokollar Türkiyə parlamentinin gündəlik planına yenidən salınacaq: "Lakin bu görüntü xətrinə olacaq",-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə