Novruz Məmmədov: \"Ermənilər öz rəhbərlərinin avantürist və absurd iddialarının girovuna çevriliblər\" - AÇIQLAMA
\"İngilis filosofu Con Toland deyib: \"Yalan nə qədər qədimdirsə, bir o qədər təhlükəlidir. Deməli, o, dərin kök atıb\". Əsrlər boyu erməni xalqına \"Böyük Ermənistan\"ın mövcud olması və həmin \"Böyük Ermənistan\"ın müasir Türkiyə, Azərbaycan, Gürcüstan, İran və digərlərinin ərazisini tutduğu barədə ideya təlqin olunub. Daim kiminsə himayəsi altında olmağa üstünlük verən ermənilər öz rəhbərlərinin avantürist və absurd iddialarının girovuna çevriliblər\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın Sevan gölündə \"Birgə\" gənclər hərəkatının qurultayında söylədiklərinə münasibət bildirərkən deyib.
PA rəsmisi vurğulayıb ki, ermənilər riyakarcasına bu torpaqların ermənilərə məxsus olduğunu, ermənilərin əsrlər boyu orada yaşadıqlarını bəyan ediblər, Ermənistanın indiki prezidenti isə hətta ermənilərin bu torpaqlara köçüb gəldiklərini sübut edən çoxsaylı arxiv materiallarına, XIX əsrin əvvəlinə və ortalarına aid sənədlərə məhəl qoymur: "Bu çar dekretləri, köçürülmə barədə əmrlər Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin arxivlərində qorunub saxlanılır.
Serj Sarkisyan \"tarix və zaman göstərdi ki, kim qorxur, kim avantüristdir, kim qala və qaça bilər, kim vətən yolunda həlak olmağa hazırdır\" dedikdə haqlıdır. Yalnız öz həmvətənlərinin beyinlərini dumanlandırmaq lazım deyil, düşünürəm ki, heç mümkün də deyil. Çünki görünür, ermənilər \"vətən yolunda həlak olmaq\" üçün dünyanın hər yerinə səpələniblər, Ermənistanda isə qaçmağı çox istəyən, lakin vəsait olmadığı üçün hələ qaça bilməyənlərdən ibarət cüzi hissə qalıb.
Kimin avantürist olduğuna gəldikdə, çox təəssüf ki, Sarkisyan lazımınca dərk etmir ki, bu tarix ərzində erməni xalqı ilə baş verənlər onun rəhbərlərinin bu gün də davam edən avantürist əməllərinin nəticəsidir. Bir şey təəccüb doğurur: rəhbərlər də, alimlər də, ümumiyyətlə erməni cəmiyyətinin bütün savadlı hissəsi ermənilərin keçmişi barədə əfsanənin tamamilə saxtalaşdırıldığını və tarixə belə yanaşmanın səmərəli olmadığını gözəl bilirlər, lakin onlar yenə də öz iddiaları naminə bu yolla getməkdə davam edirlər\", - deyə N. Məmmədov bildirib.
N. Məmmədov bildirib ki, Ermənistan rəhbərliyinin bu münaqişənin nizamlanmasını istəmədiyinə bu gün bir daha əmin olub: "Görünür, mövcud status-kvo onları qane edir. Danışıqlar onlara vaxtı uzatmaq, beynəlxalq birliyin gözünə kül üfürmək üçün lazımdır. Bəli, mən həm də əminəm ki, vaxt gələcək və biz məsələnin həllinin açarını tapacağıq və bu açar ermənilərin bu proseslərdəki davranışlarına adekvat olacaq\".
Novruz Məmmədovun bəyənatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB