Yaxın üç gündə hava küləkli keçəcək

Yaxın üç gündə hava küləkli keçəcək
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü, həmçinin avqustun 24-25-də ötən günlərlə müqayisədə sərin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: "Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. Rayonlarda
avqustun 23-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə