BMT-nın 66-cı sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələ də daxil edilib
BMT Baş Məclisinin 66-cı sessiyasının ilk iclasının keçiriləcəyi vaxt məlum olub. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, iclas sentyabrın 13-də Nyu-Yorkda baş tutacaq. Sessiya çərçivəsində ümumi siyasi müzakirələrə sentyabrın 21-dən başlanacaq. Müzakirədən əvvəl BMT-nin baş katibi Pan Gi Mun təşkilatın fəaliyyətinə dair illik hesabatını təqdim edəcək. Siyasi müzakirələrin sentyabrın 27-dək davam etməsi nəzərdə tutulub.
66-cı sessiyanın gündəminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələ də daxil edilib. Bunlar "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" adlı qətnamə layihələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB