Buludxan Xəlilov: “İran Ermənistanla əlaqələrini daha da genişləndirib işğalçı bir dövlətə dəstək olur” - MÜSAHİBƏ
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun SəsTV-yə müsahibəsi:
- İran hərbi dairələrinin və təlimat alan bəzi \"elm adamları\"nın Azərbaycan dövlətinin daxili işlərinə qarışan bəyanatlar səsləndirmələrini Azərbaycanın dünyadakı rolunun möhkəmlənməsindən yaranan qısqanclıq kimi dəyərləndirmək olarmı?
- Azərbaycan dünyanın müstəqil suveren bir dövlətidir və möhtərəm prezidentimiz, dövlət başçısı bunu dəfələrlə bəyan edib. Azərbaycanın iqrtisadiyyatı inkişaf etdikcə, siyasi nüfuzu artdıqca, dünyəvi bir dövlət kimi özünü dünyaya nümayiş etdirir. Təbii ki, bu prosesslər onunla bağlıdır ki, Azərbaycan dünyada tanınmaqla yanaşı dünyanın nüfuzlu bir dövlətinə çevrilir. Bu mənada belə bir nüfuzlu dövlətə regionda qısqanclıq da artır. İranın müxtəlif dairələrinin, din xadimlərinin, müxtəlif qrup rəhbərlərinin Azərbaycana qısqanc münasibətinin kökündə məhz bu dayanır ki, regionda Azərbaycanın nüfuzunu azaltmaq, potensialına mənfi təsir göstərmək, Azərbaycanda gedən quruculuq işlərini və dünya tərəfindən qəbul olunmağı istiqamətində görülmüş işlərə xələl gətirməkdən ibarətdir. Məsələyə fikir versək görərik ki, Azərbaycanla İran arasında dövlət səviyyəsində həmişə dostluq, qardaşlıq münasibətləri və səmimi əlaqələri olub. Lakin ayrı-ayrı qrupların, dairələrin müxtəlif bəyanatları, müxtəlif ölçülüb-biçilməmiş fikirləri, mövqeləri təbii ki, Azərbaycan cəmiyyətində, ziyalılar arasında narazılıqlar yardır, hətta bu qruplara qarşı ikrah hissi oyadır. Heç bir dövlətin haqqı yoxdur ki, başqa bir müstəqil, suveren dövlətin işinə qarışsın. Bu məsələni müşahidə etdikdə görürük ki, İran silahlı qüvvələrinin baş qərargah rəisi Seyid Həsən Firuzabadi siyasi işlərlə məşğul olur. Azərbaycanın bu günkü maraqlarına gölgə salır və müxtəlif təxribat xarakterli təhrif olunmuş fikirlər irəli sürür. Bu fikirləri heç birinin əsası yoxdur və burada qısqanclıq daha çox aydın görünür. O, belə hesab edir ki, "Azərbaycan müsəlman bir dövlətidir, amma onun İranla əlaqələri dostluq münasibətləri çox zəifdir". Azərbaycan İranla həmişə dövlət səviyyəsində dostluq münasibətləri qurub, İranı qardaş bir dövlət kimi qəbul edib.
Qeyd edim ki, bizim 1 milyondan çox qaçqınımız var və torpaqlarımızın 20 faizi işğal altındadır. İranda müsəlman dövlətidir, eyni zamanda biz də. İran bu istiqamətdə bizə hansı yardımı göstərib. Biz əslində İrandan kömək gözləməlıiyik. Siz bizim ərazimizin işğalı ilə bağlı hansı sanksiyalar qoymusunuz, hansı notalar, bəyanatlar vermisiniz? - əksinə Ermənistanla əlaqələrini daha da genişləndirib, işğalçı bir dövlətə dəstək olurlar.
- Fars rejimi nəyə görə müsəlman Azərbaycanı ilə deyil, terrorçu Ermənistanla isti münasibətlərə üstünlük verir?
- Bunun səbəbi onunla bağlıdır ki, İran tarix boyu bu regionda Azərbaycanı özünə siyasi rəqib hesab edib. Onun qaldırdığı məsələ ilə bağlı bəzi tarixi məqamlara analoji yanaşaq. Belə fikir irəli sürülür ki, Azərbaycan xalqı aran əhalisidir və bu xalqın damarlarında İran qanı axır. Hətta onlar təhrif edərək Azərbaycana Şimali İran da deyirlər. Sovet tarixşünaslığında belə bir fikir irəli sürülürdü ki, "Azəri xalqı iran dilli bir xalqdır və bunlar da farsların tör-töküntüləridir\". Bütün bunlar məhz həmin ideyadan qaynaqlanır. Halbuki, Azərbaycan xalqı türk köklü bir xalqdır və onun İran dilinə heç bir aidiyyəti yoxdur. Beləliklə də onlar Azərbaycan dilinə, mədəniyyətinə, coğrafi ərazisinə təhrif olunmuş faktlarla yiyələnmək istəyirlər. Bu həmin siyastin davamıdır ki, Sovet tarixşünaslığının o zamankı mövqeyi ilə İranın mövqeyi üst-üstə düşür. Məhz bu mövqe ilə onlar Ermənistanla birləşir və eyni zamanda da onların maraqları üst-üstə düşür. Ermənistan da bizimlə torpaq iddiasında olduğu kimi, İranda Şimali Azərbaycan adlandırdığı ərazini öz torpağı hesab etmək istəyir. Bunu əldə etməkdən ötrü təxribatlı mövqelər, fikirlər irəli sürməli, işğalçı dövlətlərə dəstək olmalı, Ermənistanla münasibətlərə girməli, onun mövqeyini dəstəkləməli, onunla iqtisadi əlaqələr qurmalı və Azərbaycanın nüfuzunu aşağı salmalıdır. İran bu şəkildə Azərbaycanın torpaqlarını işğal edən bir dövlətlə, müsəlmanların hüququnu tapdalayan xristian bir dövlətlə əlaqə qurur.
- İran islam ölkəsi kimi görünsə də əslində xarici qüvvələr tərəfindən idarə olunur. Sizin buna münasibətiniz necədir?
-Biz bu gün elə bir dünyada yaşayaırıq ki dünyada dinin mövqeyi var. Əlbəttə Azərbaycan dövləti müsəlman ölkəsi olsa da dini dövlət deyil. Din ayrı bir qurumdur və o dövlətin siyasətinə qarışa bilməz. Amma İranda belə bir reallıq var ki, din bir çox məsələləri üstələyir. Bu gün gedən proseslər bunu göstərir ki, İran tutduğu mövqe ilə dünyadakı nüfuzunu itirir. Dünyanın ona münasibətində ikili-üçlü münasibətlər yaranır. Nəyə görə? Çünki o dini qurumlara proseslərə o qədər qarşır ki, dini dairələr o qədər təhrifli fikirlər irəli sürür ki, bütünlükdə dini dəyərləri heçə endirir. Əslində müsəlman dini dəyərləri dünyanın qəbul etdiyi ən mükəmməl, sivil dini dəyərlərdir. O islam dəyərlərinə,"Qurani Kərimə" hörmət etməklə yanaşı çağdaş dünyanın dəyərlərinə də hörmət etsin. Amma İran islam dini dəyərlərini elə istiqamətdə aparır ki, dünyada bunlara qəribə baxış yaranır. Bu gün dünyanın İrana münasibtində müxtəlif mövqelər durur və bunun özündə də İranın bu günkü siyasi reallığınin rolu var.
-İranda insan haqqlarının hər addımbaşı pozulması onun süqutunu tezləşdirə bilərmi?
-Bu gün İranın təhrifli fikirlər irəli sürməsi bəzən dünyanı çaşbaş salan fikirlər ortaya qoymasındadır. Azərbaycan və xalq haqqında söylədikləri fikirin əsası budur ki, diqqəti ölkədəki çaşqınlığa yox, ölkədən kənardakı proseslərə yönəltsinlər. İranda yaşayan soydaşlarımızın problemlərinə gəldikdə isə onların Azərbaycan dilində məktəbləri yoxdur, ana dilində təhsil ala bilmirlər. Əlbəttə dünyada yaşayan hər bir xalqın haqqı var ki, ana dilində təhsil alsın, öz doğma dilinin imkanlarından istifadə etsin. Bu gün bu istifadə imkanları İranada yoxdur. Bu cür oyanışın qaşısını almaq üçün, diqqəti yayındırmaq üçün İran bu cür siyasətlər aparır, müxtəlif dövlətlər haqqında təhlifli fikirlər irəli sürür, müxtəli siyasi fikirləri nümayiş etdirir və bütün bunlarda da bir həqiqət var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB