Çingiz Qənizadə: "Bir sıra Avropa ölkələri Azərbaycana qarşı münasibətdə olduqca qeyri-obyektiv mövqe nümayiş etdirirlər" - MÜNASİBƏT

Çingiz Qənizadə: "Bir sıra Avropa ölkələri Azərbaycana qarşı münasibətdə olduqca qeyri-obyektiv mövqe nümayiş etdirirlər" - MÜNASİBƏT

"Azərbaycanda demokratiyanın olmaması ilə bağlı fikirlər Avropa ölkələrinin rəsmi şəxslərinin Azərbaycana olan qeyri-obyektiv münasibətinin təzahürüdür". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, "Demokratiya və İnsan Hüquqları Komitəsi" qeyri-hökumət təşkilatının sədri Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, bir sıra Avropa ölkələri Azərbaycana qarşı münasibətdə olduqca qeyri-obyektiv mövqe nümayiş etdirirlər.

"Londonda baş verən proseslər göstərdi ki, bizə demokratiya dərsi keçmək istəyən dövlətlər belə hallarda hansı mövqe tuturlar. 11 yaşlı uşağın, ümumilikdə 600 nəfərin həbs olunması onu göstərir ki, onların başqalarına insan hüquqları və demokratiyadan dərs keçməyə mənəvi haqları yoxdur. Azərbaycana münasibətə gəlincə, yaxşı olar ki, fikir bildirərkən faktlara əsaslansınlar. Ölkəmizdə səfərdə olan Almaniyanın nümayəndəsi də fikirlərində ciddi olmalıdır. Onlar bir fakta görə bütövlükdə ölkə haqqında münasibət bildirməkdən əl çəkməlidirlər"- Ç.Qənizadə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə