Aharon Adibekyan: “Seçicilər maddi rifahın yaxşılaşması üçün səsini satmağa hazırdır”

Aharon Adibekyan: “Seçicilər maddi rifahın yaxşılaşması üçün səsini satmağa hazırdır”

\"İqtidar və Erməni Milli Konqresi dialoqu, korlar və karlar dialoquna bənzəyir\". SİA-nın xəbərinə görə, bunu "Soçiometr" sosial araşdıralar mərkəzinin rəhbəri Aharon Adibekyan deyib. Onun sözlərinə görə, hazırki vəziyyətdə kor karın şikayətlərini dinlədiyini ancaq həqiqəti görmədiyini, karlarınsa hər şeyi gördüyünü, ancaq korun məlumatlarını dinləmədiyini bildirib: "Danışıqlar heç bir nəticə verməyəcək. Sentyabrda təkrar mitinq dalğası yüksəlsə də yeni il gəlir. Buna görə insanların diqqəti bayrama yönələcək. Seçkilərsə, o qədər uzaqda deyil".

Parlament seçkilərinin yaxınlaşdığını deyən sosioloq seçkilərdə iştirak etmək hüququna malik olan Ermənistan vətəndaşlarının 60 faizi arasında keçirdiyi sorğunun nəticələrini təqdim edib: "Bu insanların 35 faizi kimə səs verəcəyindən əmin, qalanlarsa qərarsız durumdadır. Seçicilər maddi rifahın yaxşılaşması və ya karyera üçün səsini satmağa hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə