BQXK nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan ermənilərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 11-də Azərbaycanda əsirlikdə saxlanılan ermənilərə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova SİA-ya açıqlamasında bildirib ki, əsirlərin saxlanma şəraitinin və fiziki vəziyyətlərinin monitorinqi aparıldıqdan sonra onlara BQXK nümayəndələri tərəfindən 4 \"Qızıl Xaç\" məktubu çatdırılıb: \"Onlardan isə 5 \"Qızıl Xaç\" məktubu alınıb\"-deyə o əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB