ATƏT-in Bakı ofisinin yeni rəhbəri bu gün Azərbaycana gəlir

ATƏT-in Bakı ofisinin yeni rəhbəri bu gün Azərbaycana gəlir

ATƏT-in Bakı ofisinin yeni təyin edilən rəhbəri, Türkiyə vətəndaşı olan Koray Tarqay bu gün Bakıya gələcək. Bunu SİA-ya açıqlamasında ATƏT-in Bakı ofisinin mətbuat xidmətini rəhbəri Rəşad Hüseynov deyib.

Qeyd edək ki, Koray Tarqay ATƏT-in Bakı Ofisinin rəhbəri təyin edilməzdən əvvəl Türkiyənin Çexiyada səfiri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə