İranın xarici işlər naziri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Azərbaycan haqqında məlumatlarını yalanlayıb
İranın xarici işlər naziri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Azərbaycan rəhbərliyi və xalqı barədə yayılan məlumatlarla bağlı açıqlama verib. SİA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin adından Azərbaycan rəhbərliyinin və xalqının ünvanına yayılmış yersiz fikirlərin əsassız olduğunu bildirib. Salehi qeyd edib ki, belə yersiz və əsassız iddiaları irəli sürənlərin başqa niyyəti vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB