Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə keçiriləcək MDB-nin yubiley sammitində iştirak edəcək
Azərbaycan prezidenti İlham Əliyev gələn ay Tacikistan paytaxtı Düşənbədə keçiriləcək MDB-nin yubiley sammitində iştirak edəcək. SİA-nın məlumatına görə, bu açıqlama ilə Tacikistan Xarici İşlər Nazirliyinin rəsmisi Davlatali Nazriyev çıxış edib. Sentyabr ayında Düşənbədə Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyi münasibətilə birliyə daxil olan ölkələrin rəhbərləri bir araya gələcək. Davlatali Nazriyev deyib ki, MDB-nin yeddi lideri zirvə sammitində iştirak etməyə artıq razılığını verib: "Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Ermənistan, Qırğızıstan və Moldova liderlərinin Düşənbəyə gəlişi bu ölkələrin müvafiq strukturları tərəfindən artıq təsdiq edilib".
Tacikistan XİN-in rəsmisi qeyd edib ki, yaxın zamanlarda Belarus, Özbəkistan və Ukrayna liderlərinin də sammitə qatılmağa razılıq verəcəkləri gözlənilir.
Xatırladaq ki, MDB-nin yubiley sammitinin sentyabrın 3-də keçiriləcəyi gözlənilir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB