Ermənilər gürcülərin “xinkali”sini də özününküləşdirməyə çalışırlar

Ermənilər gürcülərin “xinkali”sini də özününküləşdirməyə çalışırlar

Əhalisinin əksəriyyətini təşkil etdiklərini bəhanə gətirərək Samtsxe-Cavaxeti bölgəsini öz tarixi torpaqları sayan ermənilər Gürcüstana ərazi iddiaları ilə yanaşı, yüzlərlə gürcü kilsəsinə də göz dikiblər. SİA-nın məlumatına görə, bundan əlavə, məlum olub ki, ermənilər həmçinin ABŞ, Fransa, Almaniya və digər ölkələrdə gürcü şərablarını və xörəklərini erməni məhsulu kimi təbliğ edərək satırlar. Gürcüstan tərəfi bütün bunlara etiraz bildirsə də, ermənilər çirkin əməllərindən əl çəkmək istəmirlər.

Gürcüstan mətbuatında bununla bağlı xeyli məqalə çap edilib və hazırda edilməkdədir. Gürcü jurnalistlərindən biri hətta kinayə ilə yazıb: "Ermənilər mineral sularımıza, şərablarımıza, bir sıra xörəklərimizə, hətta "xaçapuri"mizə (gürcü şorçörəyi - bunu ermənilər "xaçatryan" adlandırıb özlərininki sayırlar) də sahib çıxırlar. Şükürlər olsun ki, hələlik "xinkali"mizə (gürcü xingəli) sahib çıxmayıblar".


Sən demə, gürcülər şükür etməkdə tələsiblərmiş. Məsələ burasındadır ki, aradan bir az keçmiş ermənilər gürcü "xinkali"sinə də sahib çıxdılar, özü də hansısa xarici ölkədə deyil, Gürcüstanın Kobuleti kurort şəhərində.


Burada xeyli sayda erməni istirahət edir. Kobuletidəki yeməkxanaların birinin qarşısında ermənilər rus dilində böyük hərflərlə reklam xarakterli bu sözləri yazıblar: erməni mətbəxi - şaşlik, kabab, xaşlama, xaçapuri, xinkal, dolma.

Budur Ermənistan həqiqətləri, budur ermənilərin əqidələri, zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur...

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com