Bu gün Bakının bəzi kənd və qəsəbələrinin qaz təchizatı dayandırılacaq

Bu gün Bakının bəzi kənd və qəsəbələrinin qaz təchizatı dayandırılacaq
Avqustun 12-də Bakının bəzi kənd və qəsəbələrinin qaz təchizatı dayandırılacaq. SİA-nın məlumatına görə, aparılan təmir işləri ilə əlaqədar saat 10.00-dan etibarən "Digah" qazpaylayıcı stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarında qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə, Binəqədi kəndinin bir hissəsinə, eləcə də Abşeron rayonunun Digah, Məhəmmədi, Goradil, Fatmai kəndlərinə və Fatmai bağları adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə